Luqansk dəmir yolunda partlayış olub
Bizi izləyin

Dünya

Luqansk dəmir yolunda partlayış olub

Bu gün səhər saatlarında Luqansk vilayətinın dəmir yolunun iki hissəsində partlayış həyata keçirilib.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Dəmiryolları Xidmətinin mətbuat xidmətindən bildirilib.

Partlayış Kondarşevskaya – Novaya-Oqorodnıy yolunun 959-cu kilometrində saat 5:30, Krasnozerovka-Oqorodnıy yolunun 954-cü kilometrində saat 6:00 radələrində baş verib.

Partlayışın səbəbləri barədə məlumat verilmir. Qatarların zərər çəkmədiyi, amma müəyyən ləngimələrin olacağı bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm