Ukraynada “atəşkəs” pozuldu, döyüşlər gedir
Bizi izləyin

Dünya

Ukraynada “atəşkəs” pozuldu, döyüşlər gedir

Terrorçular atəşkəs rejiminin şərtlərinə əməl etmir və antiterror güclərinin mövqelərinə fasiləsiz atəş açırlar.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə antiterror güclərinin mətbuat katibi Vladislav Seleznyov “facebook” səhifəsində yazıb.

“Terrorçular Ukrayna hərbi qulluqçularının mövqelərini atəş altında saxlayırlar. Ötən gün Krasnıy Port və Slavyanska gedən yolun üzərindəki blokpost bir neçə dəfə atəşə tutulub. Onlar AQS-17 avtomatik qumbaraatanlarından istifadə edirlər”, - V.Seleznyov qeyd edib.

Ukrayna hərbçilərinin də cavab atəşi açdığı deyilir. Ukrayna hərbi qulluqçuları arasında itki yoxdur.

Ukrayna Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, hərbi ekspert Dmitri Timçuk sosial şəbəkədə Ukrayna ordusunun Luqansk şəhəri yaxınlığındakı blokposta atəş açıldığını bildirib.

Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenko 27 İyun tarixinə kimi atəşkəs rejiminin tətbiq olunması barədə göstəriş verib. Ukrayna həmin gün Avropa Birliyi ilə assosiativ sazişin iqtisadi hissəsini imzalamağı nəzərdə tutur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm