“Zaman” yazarı: “Kişi dörd arvad ala bilər, qadının kişisi tək olmalıdır”
Bizi izləyin

Dünya

“Zaman” yazarı: “Kişi dörd arvad ala bilər, qadının kişisi tək olmalıdır”

Əli Bulac yeni kitabı haqqında mübahisəli fikirlər söyləyib.

Publika.az “Milliyət”ə istinadən xəbər verir ki, “Zaman” qəzetinin yazarı Əli Bulac bir proqramda “Qadını Kim Bağladı” adlı kitabı haqqında açıqlamalar verib.

Bulac “Kişi dörd qadın ilə evlənə bilər, ancaq qadın niyə dörd kişiyə ərə gedə bilmir?” sualına belə cavab verib: “Bu, kişinin haqqıdır. Qadının isə fitrətə görə tək kişisi ola bilər”.

Əli Bulac həmçinin müsəlman qadının feminist ola bilməyəcəyini də söyləyib.

“Zaman” qəzeti yazarının bu sözləri sosial şəbəkələrdə böyük bir kütlə tərəfindən sərt reaksiya ilə qarşılansa da, bir neçə istifadəçi ona dəstək verib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm