“Boko Haram” daha 60 qızı qaçırtdı
Bizi izləyin

Dünya

“Boko Haram” daha 60 qızı qaçırtdı

Nigeriyada 200 qız uşağının qaçırılmasından sonra bir kənddən daha 60 qız uşağının qaçırıldığı bildirilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Nigeriyanın şimal-qərbindəki Borno əyalətində bir kəndə basqın edən silahlı şəxslərin, ən azı, 30 nəfəri öldürdüyü və təxminən 60 qız uşağını qaçırdığı açıqlanıb.

Dövlətin “NTA” televiziyası “Boko Haram” yaraqlıları olduğu güman edilən silahlı şəxslərin Damboa bölgəsindəki Kummabza kəndinə hücum etdiyini bildirib.

Məlumata görə, evlərə od vuran və sakinlərə atəş açan cinayətkarlar 3-12 yaş arası təxminən 60 qız uşağını da qaçırıblar.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm