Könüllülər Kiyevdən “B” planının icrasını tələb edir
Bizi izləyin

Dünya

Könüllülər Kiyevdən “B” planının icrasını tələb edir

“Artıq “B” planına keçməyin vaxtıdır. Əks halda, Ukrayna xalqı hər şeyi öz əlinə götürəcək”.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu sözləri könüllü “Donetsk” batalyonunun komandiri Semyon Semençenko “facebook” səhifəsində yazıb.

Batalyon komandiri hesab edir ki, terrorçularla barışığı dayandırmaq lazımdır. Onun sözlərinə görə, “Donetsk Xalq Respublikası” terror təşkilatını “vuruşan tərəf” statusuna qədər qaldırmağa çalışacaq və atəş rejimini uzadacaqlar. S.Semençenko atəşkəs rejiminin terrorçulara silahlanmaq üçün vaxt qazandıracağını bildirib.

Xatırladaq ki, Ukrayna prezidenti Pyotr Poroşenko 21 İyun tarixində atəşkəs rejiminin tətbiq olunması barədə göstəriş verib və “sülh planı”nı açıqlayıb. Eyni zamanda, Poroşenko onların ehtiyat ssenarisinin də olduğunu dilə gətirmişdi: “Sülh ssenarisi bizim əsas – “A” planımızdır”. Amma Ukrayna prezidenti “B” planı haqqında danışmaq istəmədiyini bildirmişdi.

Dünən isə “B” planının nədən ibarət olduğu rəsmi şəkildə açıqlanıb. Prezidentin məsləhətçisi Yuri Lusenko qonağı olduğu bir televiziya proqramında bildirib ki, Pyotr Poroşenkonun “B” planı təslim olmayan terrorçuların məhv edilməsindən ibarət olacaq”.

“Prezidentin “A” planı sakit həyat və Ukrayna daxilində sülhə qayıtmaq istəyən Donetsk və Luqansk vilayətlərinin sakinlərinin əksəriyyətinə aiddir. “B”planı isə terrorçulara, ağlın səsinə qulaq asmayanlara, Ukrayna dövlətinə qarşı hərbi hərəkətlərini davam etdirənlərə aiddir”, – Lusenko qeyd edib.

Antiterror əməliyyatlarında iştirak edən könüllü batalyonlar isə atəşkəs rejiminin davam etdirilməsinin əleyhinədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm