Putinin Kiyevə “yaxşılığı”nın arxasından görün nə çıxdı
Bizi izləyin

Dünya

Putinin Kiyevə “yaxşılığı”nın arxasından görün nə çıxdı

“Vladimir Putinin Federasiya Şurasına müraciətindən sonra Kiyev ölkənin şərqindəki qoşunları çıxarmalıdır”.

Publika.az-ın “RİA-Novosti” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu

sözləri “Ədalətli Rusiya” Partiyasının sədr müavini Mixail Yemelyanov deyib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyası Silahlı Qüvvələrindən Ukrayna ərazisində istifadəyə icazə verən qərarın ləğvi ilə bağlı Federasiya Şurasına müraciət edib. Kreml mətbuat xidmətindən verilən məlumata görə, prezident Federasiya Şurasının sədri Valentina Matviyenko adına məktub göndərib.

M.Yemelyanov həmçinin qeyd edib ki, Ukrayna Rusiya prezidentinın müraciətindən nəticə çıxararaq, Luqansk və Donetsk vilayətlərinin liderləri ilə danışıqlar aparmalıdır.

Xatırladaq ki, sözügedən qərar 1 Mart 2014-cü il tarixində qəbul edilmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm