Separatçılar razılığa gəldi
Bizi izləyin

Dünya

Separatçılar razılığa gəldi

Bu gün Donetsk şəhərində prezident Pyotr Poroşenkonun sülh planının reallaşdırması üzrə üçtərəfli görüş keçirilib.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, görüşün nəticəsi olaraq “Xalq respublikaları”nın liderləri 27 iyun tarixinə qədər Ukraynanın şərqində atəşkəş rejiminə riayət edilməsi barədə razılığə gəlib.

Görüşdə Ukraynanın ikinci prezidenti Leonid Kuçma, “Ukraynanın seçimi” ictimai təşkilatının başçısı Viktor Medvedçuk, Regionlar Partiyasından Nestor Şufriç, ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Xaydi Talyavi, Rusiyanın Ukraynadakı səfiri Mixail Zurabov, “Donetsk Xalq Respublikası”nın rəhbəri Aleksandr Boroday və “Cənubi-şərq” hərəkatının rəhbəri Oleq Tsarev iştirak edib.

Xatırladaq ki, Ukrayna prezidenti 21 İyun tarixində 15 maddəlik sülh planını açıqlayıb və 27 İyun tarixinə kimi atəşkəs rejiminə əməl edilməsi barədə göstəriş verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm