Lukaşenko “S-300”lərə rəqib yaradır
Bizi izləyin

Dünya

Lukaşenko “S-300”lərə rəqib yaradır

Belarus hərbi-sənaye kompleksi sahəsində Rusiya ilə baş-başa gəlmək niyyətindədir.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, prezident Aleksandr Lukaşenko Rusiya istehsalı olan “S-300”lərin analoqu kimi “Tiqrov” zenit raket kompleksinin yaradılması barədə tapşırıq verib.

Bu gün A.Lukaşenko Minskdəki silah zavoduna baş çəkib. Prezident “S-125” zenit raket kompleksinin müasir versiyasına baxıb və Rusiya istehsalı olan “S-300”lərin əsaslı təmiri ilə tanış olub. Prezident “S-300”lərin Belarus versiyasının yaradılması barədə tapşırıq verib.

“Bu zavod özünün zenit-raket kompleksini yaratmalıdır və o “S-300”-dən pis olmamalıdır”, – Lukaşenko deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm