Ərdoğandan Gülə “çevriliş” tənqidi
Bizi izləyin

Dünya

Ərdoğandan Gülə “çevriliş” tənqidi

Baş nazir Ərdoğan prezident Abdullah Gülü Misirdə çevriliş edən Əbdülfəttah Sisini təbrik etdiyi üçün tənqid edib.

Publika.az xəbər verir ki, Türkiyə baş naziri R.T.Ərdoğan səfirlərlə görüşdüyü tədbirdə Misirlə bağlı çox sərt açıqlamalar verib. Avropa ölkələrinin Misirdə seçkini qazanan Sisini təbrik etməsini tənqid edən baş nazir Ərdoğan deyib: “Biz bu cür hakimiyyəti təbrik edə bilmərik”.

Ərdoğan: “Misirdə qanuni hökumətə qarşı çevriliş edildi və qondarma bir seçki ilə Sisi hakimiyyətə gəldi. Misirdə qondarma seçkini qazanan Sisiyə təbriklər getməyə başladı. Biz bu cür hakimiyyəti təbrik edə bilmərik” sözləri ilə prezident Abdullah Gülün addımına reaksiya bildirib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm