Ukrayna ordusunun “Mi-8” vertolyotu vuruldu
Bizi izləyin

Dünya

Ukrayna ordusunun “Mi-8” vertolyotu vuruldu

Ukrayna prezidenti Pyotr Poroşenkonun 21 İyun tarixində elan etdiyi atəşkəs rejimi separatçılar tərəfindən növbəti dəfə pozulub.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, Donetsk vilayətinin Slavyansk şəhəri yaxınlığında Ukrayna ordusunun “Mi-8” hərbi vertolyotu vurulub.

Ukrayna Milli Qvardiyasının döyüşçüləri vertolyotun şəhərin yaxınlığındakı blokpostlardan birindən vurulduğunu bildirib. İlkin informasiyaya görə, 9 hərbçi ölüb. Onlardan 3-ü ekipaj üzvüdür.

Bundan əvvəl isə - iyun ayının 14-də Luqansk şəhəri yaxınlığında Ukrayna ordusunun “İl-76” hərbi-nəqliyyat təyyarəsi vurulmuşdu. Təyyarədə olan 49 nəfərin hamısı həlak olmuşdu. Onlardan 40-ı hərbçi, 9-u isə ekipaj üzvü idi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm