Putin ABŞ-ın 1962-ci il “namərd”liyini yada saldı
Bizi izləyin

Dünya

Putin ABŞ-ın 1962-ci il “namərd”liyini yada saldı

“ABŞ “Cənub axını” layihəsini həyata keçirilməsini dayandırmaq üçün hər şey edir”.

Publika.az-ın “RİA-Novosti” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Avstriyada səfərdə olan Rusiya prezidenti Vladimir Putin avsrtiyalı həmkarı Haynts Fişerlə görüşdən sonra bildirib.

Kreml rəhbəri Avstriya prezidenti ilə keçirdiyi birgə mətbuat konfransında ABŞ-ın bu mübarizədə siyasi vasitələrdən də istifadə etdiyini dilə gətirib.

“ABŞ rəqibdir və bu normal vəziyyətdir. Onlar hər şeyi edirlər ki, “Cənub axını” layihəsi sıradan çıxsın. Burada qeyri-adi heç nə yoxdur. Bu adi rəqabət mübarizəsidir. Amma bu rəqabət mübarizəsində siyasi vasitələrdən də istifadə olunur”, - Putin ifadə edib.

V.Putin xatırladıb ki, ABŞ hələ 1962-ci ilində “borular əvəzində qaz” layihəsi çərçivəsində Avstriyaya sovet qazının çatdırılmasına qarşı idilər: “Hazırda ABŞ şist qazını Avropaya satmaq niyyətindədir. Amma boru kəmərləri ilə ixrac olunan Rusiya qazı şist qazından daha ucuz olacaq”.

Qeyd edək ki, “Cənub axını” boru kəmərin Rusiya qazının Ukraynadan yan keçməklə Avropaya çatdırılması üçün inşası nəzərdə tutulur. Boru kəməri Qara dənizin dibi ilə çəkilməlidir. Amma ABŞ Ukraynanın oyundan kənar saxlayacaq bir layihənin həyata keçirilməsində maraqlı deyil.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm