Kiyevin sülh planı hansı halda işləyəcək? - Kreml Kiyevə yol göstərdi
Bizi izləyin

Dünya

Kiyevin sülh planı hansı halda işləyəcək? - Kreml Kiyevə yol göstərdi

“Donetsk və Luqansk vilayətləri ilə danışıqlar aparılmadan Pyotr Poroşenkonun sülh planının yaşamaq qabiliyyəti yoxdur”.

Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiyanın BMT Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi Vitali Çurkin söyləyib.

“Rusiya Ukrayna hakimiyyətinin sülh səylərini dəstəkləyir. Ancaq hesab edir ki, Kiyevin planı regionlarla birbaşa danışıqlar aparılmadan icrası mümkün olmayacaq. Praktik hərəkətlərsiz və birbaşa danışıqlra getmədən sülh planı işləməyəcək”.

Xatırladaq ki, Ukrayna prezidenti Pyotr Poroşenkonun 21 İyun tarixində ölkənin şərqindəki vəziyyətin nizama salınmasü üçün sülh planını təqdim edib. 15 maddəlik plan ağır cinayətlərdə iştirak etməyən və təslim olanların cinayət məsuliyyətindən azad edilməsi, ölkəni tərk etmək istəyənlər üçün dəhlizin yaradılması, həmçinin girovların azad edilməsini nəzərdə tutur.

Bundan başqa, Ukrayna-Rusiya dövlət sərhədində 10 kilometr enində bufer zonanın yaradılması planlaşdırılır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm