Putin: “Onlar deyirlər ki, hamınızı diri-diri yandıracaqlar”
Bizi izləyin

Dünya

Putin: “Onlar deyirlər ki, hamınızı diri-diri yandıracaqlar”

“Rusiya silahlı qüvvələrindən Ukrayna ərazisində istifadəyə icazə verən qərarın ləğvi bizim Ukraynadakı hadisələrə diqqət yetirməyəcəyimiz anlamına gəlmir. Ümid edirik ki, hadisələrə sonrakı reaksiya üçün Rusiya silahlı qüvvələrinə orada ehtiyac olmayacaq”.

Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, bu sözləri avstriyalı həmkarı Haynts Fişerlə görüşdən sonra keçirilən birgə mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin deyib.

“Biz Ukraynadakı etnik rusları həmişə müdafiə edəcəyik”, - Putin vurğulayıb.

Rusiya prezidentinə Krım hadisələri ilə bağlı da sual ünvanlanıb. O, Krımda Rusiya silahlı qüvvələrinin beynəxalq müqavilədə nəzərdə tutulduğundan artıq olmadığını bildirib. Putin Rusiya qoşunlarından krımlıların iradəsinin təmin edilməsi üçün istifadə olunduğunu təsdiqləyib.

Putinin fikrincə, danışıqlarda faktiki olaraq Ukraynanın şərq hissəsində silahsızlaşdırma ilə bağlı tələb qoymaq düzgün deyil: “Sağ sektor” və digər radikal güclər indiyə qədər tərksilah edilməyib. Ukraynanın şərqindəki döyüşçülərdən bu vəziyyətdə silahı yerə qoymasını tələb etmək, fikrimcə, mənasızdır. Çünki onlar Odessada olanları xatırladır və deyirlər: "Biz bu gün təslim olacağıq və sabah bizim hamımızı diri-diri yandıracaqlar”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm