Ukraynada acı mənzərə: 423 ölü
Bizi izləyin

Dünya

Ukraynada acı mənzərə: 423 ölü

Birləşmiş Millətlər Təşkilatı (BMT) Ukraynadakı vəziyyətlə bağlı məruzəsini açıqlayıb.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, BMT baş katibinin köməkçisi İvan Şimon ölkənin şərqində insan hüquqları üzrə vəziyyətin son məruzənin açıqlandığı dövrlə müqayisədə pisləşdiyini bildirib.

Şimonun sözlərinə görə, rəsmi mənbələrdən aldığı informasiyaya əsasən, 15 aprel–20 iyun tarixlərində Ukraynada 423 insan həlak olub. Onların arasında dinc sakinlər də var. BMT-nin məruzəsində Ukraynada 46 mindən çox vətəndaşın evini tərk etməyə məcbur olduğu bildirilir. Onlardan 11 min 500-ü Krımdan, 34 min 600-ü isə Şərqi Ukraynadan köç edib.

Onun sözlərinə görə, son iki həftə ərzində Ukraynada evini tərk edənlərin sayı iki dəfə artıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm