Ərdoğan Avropa Birliyini xəsis adlandırdı
Bizi izləyin

Dünya

Ərdoğan Avropa Birliyini xəsis adlandırdı

“Türkiyə Suriyadan olan qaçqınlara 2,5 milyard dollardan çox pul xərcləyib. Avropa Birliyi ilə yalnız 250 milyon dollarla kifayıtlənib”.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Avropa Birliyi ölkələrinin nümayəndələri qarşısında çıxışı zamanı deyib.

Türkiyə baş naziri Suriyada radikal qruplarla yaxın olan 5 mindən çox insanın ölkə ərazisinə buraxılmadığımı bildirib. “Terrora yaxınlığından şübhələndiyimiz bir çox insan həbs edilmiş və ya Türkiyədən deportasiya olunmuşdur. 2012-ci ildən indiyə kimi 824-dən çox insan Türkiyədən deportasiya edilib”, - Ərdoğan ifadə edib.

“İraq və Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının İraqdakı hərbi əməliyyatları dəyərləndirən Ərdoğan Avropa ölkələrini terrorizmə qarşı mübarizədə əməkdaşlığa çağırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm