Ukraynada şiddətli döyüşlər gedir: Sülh planı iflasa uğradı
Bizi izləyin

Dünya

Ukraynada şiddətli döyüşlər gedir: Sülh planı iflasa uğradı

Donetsk vilayətinin Slavyansk şəhəri yaxınlığında hazırda şiddətli döyüşlər gedir.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk “facebook” səhifəsində yazıb.

Hərbi ekspert antiterror güclərinin üç blokpostunun eyni vaxtda terrorçular tərəfindən atəşə tutulduğunu bildirib. O, terrorçuların minaatanlar və “AQS-17” avtomatik qumbaraatanlarından istifadə etdiyini qeyd edib.

Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri terrorçuların Ukrayna ordusunun Karaçun dağı yaxınlığındakı mövqelərinə hücuma hazırlaşdığını yazıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm