Dünyanın ən hündür adamının arvadı Suriyada – Fotolar
Bizi izləyin

Dünya

Dünyanın ən hündür adamının arvadı Suriyada – Fotolar

İki metr 51 santimetr boyu olan Sultan Kösənin arvadı əmisinin dəfnində iştirak etmək üçün Suriyaya gedib və geri qayıtmayıb.

Publika.az “Milliyət”ə istinadən xəbər verir ki, 2 metr 51 santimetrlik boyu ilə “Ginnesin Rekordlar Kitabı”na Düşən mardinli Sultan Kösə keçən ilin oktyabrında suriyalı Mərvə ilə evlənib. Mərvə Kösə vəfat edən əmisinin dəfninə qatılmaq üçün iki həftə əvvəl Suriyanın Qamışlı şəhərinə gedib.

Qadın qayıdacağını bildirib, lakin heç bir dövlət orqanını bu barədə məlumatlandırmayıb. Dəfndən qayıdarkən Nusaybin sərhəd məntəqəsi bağlı olduğundan Mərvə Türkiyəyə keçə bilməyib. Ötən il onların toylarında iştirak edən Mardin valisi Mustafa Daşkəsəndən məsələ ilə bağlı yardım istəyən Sultan Kösə belə deyib: “Xanımımla telefonla danışıram. Amma hələlik bura qayıda bilmir. Bizə kömək edin. O gələ bilməsə, mən gedəcəm. Onsuz yaşaya bilmərəm”.

Bu sözlərdən sonra vali onlara yardım edəcəyini bildirib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm