İrəvanı rədd etmək üçün Kremldən növbəti bəhanə
Bizi izləyin

Dünya

İrəvanı rədd etmək üçün Kremldən növbəti bəhanə

Rusiyanın baş nazirinin müavini İqor Şuvalovun Ermənistanın Avrasiya İttifaqına üzvlüyü ilə bağlı son açıqlaması İrəvanda ciddi narahatlıq yaradıb.

Publika.az-ın verdiyi xəbərə görə, erməni siyasi müşahidəçi Akop Badalyan Ermənistanın Avrasiya İttifaqına üzvlüyü yolunda əsas maneələrdən daha birinin göründüyünü bildirib.

Rusiya baş nazirinin müavini bildirib ki, Avrasiya İttifaqına girişdən sonra İrəvan gömrük rüsumlarının artımı nəticəsində yaranan zərərin ödənilməsi üçün Ümumdünya Ticarət Təşkilatı ilə danışıqlara başlamalıdır.

“Bu problem necə həll ediləcək və Ermənistan danışıqlara başlayacaqmı?

Rusiya bu pulu ödəməyi öz üzərinə götürməyə razılaşacaqmı və Ermənistan bunun qarşılığında daha nələrdənsə imtina edəcəkmi? Bütün bunları vaxt göstərəcək. Amma görünən odur ki, Avrasiya İttifaqına üzvlük Ermənistanla üçüncü ölkələr arasında ciddi problemlər yaradacaq”,– erməni ekspert ifadə edib.

Onun fikrincə, sadə məntiq Ermənistanın ən azında Gürcüstanla problemlərinin yaranacağını deməyə əsas verir: “Serj Sarkisyan bir neçə gün əvvəl Gürcüstana gedərək gürcü rəhbərliyini inandırmağa çalışdı ki, Ermənistanın Avrasiya İttifaqına üzvlüyü Tiflis üçün də sərfəli ola bilər. Yəni, gürcü biznesinin Avrasiya bazarına çıxmaq imkanı olacaq və erməni kapitalı Gürcüstana gedə bilər. Gürcüstan Ermənistanın Avrasiya İttifaqında üzvlüyü üçün əsas ölkədir. Çünki Gürcüstan Ermənistan və Rusiyanı birləşdirən yeganə quru yoldur”.

Amma digər erməni ekspertləri kimi A.Badalyan da Sarkisyanın Tiflisdən razı qayıtmadığını bildirir.

“İstisna edilmir ki, Ermənistanın Avrasiya İttifaqına üzvlüyü uzun müddət ləngiyəcək”,– A.Badalyan qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm