Rus ovçularına Avropa zərbəsi türklərin işinə yaradı
Bizi izləyin

Dünya

Rus ovçularına Avropa zərbəsi türklərin işinə yaradı

Avropa Rusiyaya ov silahlarının ixracını dayandırıb. Bundan əvvəl isə analoji addımı ABŞ atmışdı.

Publika.az-ın rus mediasına istinadən verdiyi məlumata görə, bu barədə Rusiyaya vətəndaş silahlarının ən böyük idxalatçısı olan “Dəmir geyim” şirkətinin satış bölməsinin rəhbəri Fyodr Perşin bildirib.

Onun sözlərinə görə, sözügedən qadağa şirkətin gəlirlərinə də əhəmiyyətli dərəcədə təsir edib. Perşini qadağaların ən çox yivli və yivsiz lüləli ov silahlarına aid olduğunu bildirib: “İxracat lisenziyalarının verilməsini bir sıra Avropa ölkələri dayandırıb. Bunlar Rusiyaya ov silahının əsas ixracatçıları Almaniya, İtaliya, Çexiya və Belçikadır”, - şirkət nümayəndəsi deyib.

“Vətəndaş təhlükəsizliyi” ictimai təşkilatın sədri Sergey Qrinin hesab edir ki, vətəndaş silahının ixracına Avropa ölkələrinin tətbiq etdiyi qadağalar Rusiya bazarını vurmayacaq. O bildirir ki, qadağalar istehsalçılar və idxalatçıların gəlirlərinə mənfi təsir edəcək.

Hazırda Rusiya bazarında vətəndaş silahının satışında xarici məhsullar 60 faizlik paya sahibdir. “Rusiya ov qəzeti” nəşrinin baş redaktoru Aleksandr Lisitsın hesab edir ki, bu, Rusiya zavodları tərəfindən istehsal olunan ov silahlarının aşağı keyfiyyəti ilə izah olunur. Avropa silah markalarının azalması ilə Türkiyə istehsalı olan silahların idxalının artacağı gözlənilir. Rusiya silah mağazalarında hazırda “Huglu” və “Stoeger” kimi türk markalarını tapmaq olur. İndiyə kimi Rusiya silah mağazalarında ən prestijli silahlar İtaliyanın “Beretta” və “Benelli”, Almaniyanın “Walther” və “Glock” markaları sayılırdı.

“Əgər əvvəl Rusiya bazarında türk silahının satış həcmi ən yaxşı halda 5 faiz idisə, bundan sonra türk silahının bazardakı payı 30 faizə qədər arta bilər”,– Lisitsın proqnozlaşdırır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm