Poroşenko: “İsrarla mübarizə apardığımız baş tutacaq”
Bizi izləyin

Dünya

Poroşenko: “İsrarla mübarizə apardığımız baş tutacaq”

“Ukrayna artıq 27 iyunda Avropa Birliyinin tamhüquqlu əlaqəli üzvü olacaq”.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu sözləri Ukrayna prezidenti Pyotr Poroşenko yerli hakimiyyət orqanları ilə görüşündə deyib.

P.Poroşenko xatırladıb ki, cümə günü Brüsseldə Avropa Birliyi ilə assosiasiya haqqında razılaşmanın iqtisadi hissəsi imzalanacaq. “Bizim neçə illərdir ki, israrla mübarizə apardığımız baş verəcək”, - prezident vurğulayıb.

Prezident həmçinin qeyd edib ki, bununla avrointeqrasiya prosesində iş başa çatmayacaq. O, razılaşmadan dərhal sonra Ukrayna qanunvericiliyində də dəyişikliklərin olacağını dilə gətirib.

Qeyd edək ki, iyunun 27-də Ukraynadan başqa Moldova və Gürcüstan da Avropa Birliyi ilə assosiativ üzvlüklə bağlı yekun sənədi imzalayacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm