Ermənistan Azərbaycan xəfiyyələrini deşifrə etdi
Bizi izləyin

Dünya

Ermənistan Azərbaycan xəfiyyələrini deşifrə etdi

“Ermənistanın Milli Təhlükəsizlik Nazirliyi internetdəki azərbaycanlı şəbəkəsini deşifrə edib”.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Ermənistanın Milli Təhlükəsizlik Nazirliyi yayıb.

Məlumatda sosial şəbəkələrdə Seyran Dervishyan, S Dr və Tigran Dervishyan adları altında gizlənən şəxslərin Ermənistan və Qarabağdakı hərbçilərlə əlaqələrə girdiyi bəlli olub. Nazirlik bununla da Azərbaycan kəşfiyyatının hazırda ölkədəki hərbi vəziyyəti öyrənməyə çalışdığını bildirib. Bunlarla bərabər, Seyran Derv, S.S., Samvel Samvel, Ա Ս, Артем Арутюнов, Albert Mnacakanyan, A M, Ruben Hayrapetyan, (((((((RH))))))), Gevorg Saroyan, ՙAlik Mesropyan՚, ՙSergey Karapetyan və digər adlardan da Ermənistana qarşı istifadə edildiyi qeyd edilib. Erməni kəşfiyyatı bu şəxslərin özlərini İstanbul, Rusiya, Gürcüstanda yaşayan ermənilər kimi təqdim etdiyini söyləyib.

Xatırladaq ki, real deyil, “virtual xəfiyyə” axtaran və niklər altında hansı çekistlərin “gizləndiyi” barədə heç bir söz deməyən Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin “mühüm virtual əməliyyatı” barədə açıqlamasına Azərbaycan MTN-i reaksiya belə verməyib.

P.S. Ermənistan MTN-nin yaydığı bu məlumatın virtual olduğunu nəzərə alaraq, xəbərə də virtual şəkil qoymağı münasib bildik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm