Obama məhkəmə qarşısına çıxa bilər
Bizi izləyin

Dünya

Obama məhkəmə qarşısına çıxa bilər

ABŞ prezidenti Barak Obama məhkəmə qarşısına çıxarıla bilər.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Konqres üzvü səlahiyyətlərin aşdığı iddiası ilə Obamanı məhkəməyə vermək niyyətindədir.

ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Con Beyner iddia edir ki, prezident icra hakimiyyətinin səlahiyyətlərini aşıb. Ancaq o, prezidenti müstəqil şəkildə məhkəməyə verə bilməz. Bunun üçün Nümayəndələr Palatasının digər iderlərinin də razılığı lazımdır. Demokratik azlığın lideri Nensi Pelosi bildirib ki, məhkəmə iddiası ilə heç nəyə nail olmaq mümkün deyil.

“Bu impiçment deyil. Söhbət ölkə qanunlarının prezident tərəfindən dəqiq icrasından gedir”, - Beyner jurnalistlərə bildirib. Onun sözlərinə görə, Obama yalnız dövlət orqanlarının səlahiyyətlərinin bölüşdürülməsi prinsipini pozmur, həm də bununla öyünür.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm