Putin addım-addım geri çəkilir
Bizi izləyin

Dünya

Putin addım-addım geri çəkilir

Bundan sonra Ukraynanın şərqində vəziyyətinin nizama salınması üçün aparılacaq danışıqlarda vasitəçiliyi “Ukraynanın seçimi” ictimai təşkilatının başçısı Viktor Medvedçuk edəcək.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, Almaniya kansleri Angela Merkelin bu barədə təklifi Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Pyotr Poroşenko tərəfindən qəbul edilib.

Xatırladaq ki, dünən Donetsk şəhərində prezident Pyotr Poroşenkonun sülh planının reallaşdırması üzrə üçtərəfli görüş keçirilib. Görüşdə Ukraynanın ikinci prezidenti Leonid Kuçma, “Ukraynanın seçimi” ictimai təşkilatının başçısı Viktor Medvedçuk, Regionlar Partiyasından Nestor Şufriç, ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Xaydi Talyavi, Rusiyanın Ukraynadakı səfiri Mixail Zurabov, “Donetsk Xalq Respublikası”nın rəhbəri Aleksandr Boroday və “Cənubi-şərq” hərəkatının rəhbəri Oleq Tsarev iştirak etmişdi.

Ukrayna prezidentinin saytından verilən məlumata görə, razılıq Almaniya kanslerinin Ukrayna. Fransa və Rusiya prezidentləri ilə etdiyi dördtərəfli telefon söhbəti zamanı əldə olunub.

Telefon söhbətində V.Putin atəşin dayandırılması və onun monitorinqi rejiminin tətbiqi haqqında P. Poroşenkonun təklifini dəstəkləyib. Ukrayna prezidenti vurğulayıb ki, sülh planının reallaşdırılması və sərhədə nəzarətdə Rusiyanın nümayəndələrinin iştirakı ATƏT-in müşahidəçilərinin prosesdə iştirakı şərti ilə mümkündür.

Dördtərəfli telefon danışığın nəticəsinə görə, Almaniyanın kansleri aşağıdakı birgə addımların dəstəklənməsini təklif edib:

1. ATƏT-in müşahidəçilərinin iştirakı ilə Ukrayna-Rusiya sərhədində monitorinq sisteminin təminatı.

2. Üçtərəfli əlaqə qrupunun 26 iyun tarixində danışıqları davam etdirməsi.

3. Girovların mübadiləsi.

Tərəflər sabah dörttərəfli formatda danışıqların davam etdirilməsi ilə razılaşıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm