Qərbi narazı salacaq yeni Moskva-Tehran razılaşması
Bizi izləyin

Dünya

Qərbi narazı salacaq yeni Moskva-Tehran razılaşması

Rusiya və İran “Buşəhr” atom elektrik stansiyasının yeni bloklarının tikintisi ilə bağlı razılaşıb.

Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə razılıq “Rosatom” şirkətinin direktor müavini Nikolay Spaskinin İrana səfərində əldə olunub.

Bundan əvvəl isə “Rosatom”un baş direktoru Sergey Kiriyenko bildirmişdi ki, Rusiya ilin sonuna “Buşəhr” atom elektrik stansiyasının iki yeni blokunun tikintisinə dair müqaviləni imzalamağı planlaşdırır.

Qeyd edək ki, “Buşəhr” atom elektrik stansiyasının tikintisinə 1974-cü ildə alman konserni “Kraftwerk Union AG” başlayıb. 1992-ci ilin avqustunda isə layihənin tamamlanmasına Rusiya qoşulu. Atom elektrik stansiyasının fəaliyyəti 21 avqust 2010-cu ildə MAQATE-nin inspektorlarının nəzarəti altında başlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm