• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Orta Şərq üçün qorxunc sürpriz: Onlar birləşdilər

  • Dünya
  • 25 İyun 2014 23:38
  • 1 730 Baxış
Orta Şərq üçün qorxunc sürpriz: Onlar birləşdilər

Əl-Qaidə” terror təşkilatının Suriya qolu olan “Əl-Nüsra” Cəbhəsi İraqda getdikcə güclənən “İraq və Şam İslam Dövləti” (İŞİD) ilə güclərini birləşdirir.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə “Röyters” xəbər agentliyi bildirib.

Agentliyin yazdığına görə, İraq sərhədindəki Albu Kamal şəhərində “Əl-Nüsra” Cəbhəsinə bağlı silahlılar Iraqın şimalını iki həftə əvvəl ələ keçirən İŞİD-ə sədaqət andı içib.

“Tvitter” sosial şəbəkəsinin bəzi istifadəçiləri isə “Əl-Nüsra” Cəbhəsinin Albu Kamal şəhəri üzrə cavabdeh llideri Əbu Yusuf əl-Masrinin tanınmış İŞİD liderlərinə sədaqət andını işdiyini göstərən bir foto paylaşıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR