Mahmud Abbasdan Əsədə sürpriz məktub
Bizi izləyin

Dünya

Mahmud Abbasdan Əsədə sürpriz məktub

Fələstin muxtariyyətinin lideri Mahmud Abbas bir çoxları üçün sürpriz sayılacaq addım atıb.

Publika.az-ın AFR xəbər agentliyinə istinadən verdiyi məlumata görə, M.Abbas Suriya prezidenti Bəşər Əsədə məktub göndərərək onu yenidən prezident seçilməsi münasibətilə təbrik edib.

AFP-in xəbərinə görə, bu barədə Suriya prezident administrasiyasının “facebook” səhifəsində bildirilir. M.Abbasın məktubunda “Suriya Ərəb Respublikası prezidentliyinə seçilməyiniz Suriyanın birliyini zəmanət altına alır” yazdığı deyilir.

Məktub təqdiqlənərsə, bu Fələstin liderinin Suriya vətəndaş müharibəsinin başlandığı dövrdən bu yana Əsədə verdiyi ən güclü dəstək olacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm