• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Rusiya hökuməti Litvadan donuz əti idxalına qadağa qoydu

  • Dünya
  • 25 Yanvar 2014 20:33
  • 1 115 Baxış
Rusiya hökuməti Litvadan donuz əti idxalına qadağa qoydu

Rusiya hökuməti Litvadan donuz əti idxalına qadağa qoyub.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb Litvada heyvanlar arasında Afrika taununun geniş yayılmasıdır.

Litva hökuməti xəstəliklə mübarizə tədbirlərini gücləndirib. Ölkənin gömrük-keçid məntəqələrində qarantin tətbiq edilir. Hökumət xəstəliklə mübarizəni daha da effektiv aparmaq üçün Avropa Birliyindən 13 milyon avro yardım istəyib.

Qeyd edək ki, Rusiyadan öncə Belarus da qonşu Litvadan donuz əti idxalını dayandırıb.

Oral Mədənçi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR