Moskvaya “təşəkkür”: Tehran “Krım kartı”nı oynaya bilər
Bizi izləyin

Dünya

Moskvaya “təşəkkür”: Tehran “Krım kartı”nı oynaya bilər

İran iddia edir ki, Ukraynada Rusiyanın hərəkətlərindən fərqli olaraq İraqın daxili işlərinə yalnız şiələrin və müqəddəs məkanların müdafiəsi məqsədi ilə qarışacaq.

Publika.az-ın verdiyi xəbərə görə, Yaponiyanın “The Diplomat” qəzeti İranın İraqda baş verən proseslərə müdaxiləsi ilə bağlı maraqlı bir iddia irəli sürüb.

Yaponiya nəşri hesab edir ki, Tehran İraqda “Krım kartı”nı oynaya bilər. Sünni döyüşçülərin Bağdada yaxınlaşdığını qeyd edən qəzet şəhərin “İraq və Şam İslam Dövləti”nin (İŞİD) əlinə keçməsini ağlasığmaz adlandırıb. “The Diplomat” Bağdadda hadisələrin ən pis ssenari üzrə inkişaf edəcəyi halda İranın İraqa müdaxilə etməyə məcbur olacağını qeyd edib: “Əvvəlcə gizli, daha sonra isə açıq hərbi güclə müdaxilə qaçılmaz olacaq. İraqda hakimiyyəti tutmuş radikalların mövcudluğu ilk növbədə İranın təhlükəsizliyi üçün ciddi siqnal olacaq. Bu həmçinin islam respublikasının özünün legitimliyinə böyük zərbə olardı. Bu səbəbdən də İran hökuməti heç vaxt İŞİD-in İraqı işğal etməsinə icazə verməyəcək və şübhəsiz ki, İraqa hərbi müdaxilə edəcək. Tehran artıq İraqa hərbi müdaxilə üçün diplomatik hazırlığa başlayıb. Keçən həftə prezident Həsən Ruhani bildirdi ki, böyük İran xalqı terrorçuları tərəddüd etmədən müqəddəs məkanlardan qoruyacaq”.

Başqa sözlə, İran İraqda “Krım kartı”nı oynayır. Amma qəzet İranın ABŞ tərəfdən problemlə qarşılaşacağını qeyd edir: “ABŞ qısamüddətli maraqlıdır ki, İran iraq hökumətini dəstəkləsin və İŞİD-i məğlub etsin. Digər tərəfdən, Amerika Rusiyanın Krım və Şərqi Ukraynaya müdaxiləsinə qəti qarşıdır. Rusiya bu müdaxiləni etnik rusların müdafiəsi ilə əsaslandırılır. ABŞ Yaxın Şərqdə belə presedentin inkişafını görmək istəmir”.

Yapon nəşri hesab edir ki, İranın İraqda “Krım kartı”nı oynaması digə problemləri ortaya çıxara bilər: “Məsələn, Tehranın hərəkətlərini Bəhreyn və Səudiyyə Ərəbistanı kimi ölkələr təkrarlamaq fikrinə düşə bilər. Bu ölkələr sünnilərin şiələr tərəfindən sıxışdırılmasına qarşı çıxacaq”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm