Dünya
Hökumət dəhşətli statistika açıqladı: Ölkədə qadınların 10 faizi narkomandır
İranda şəhərlərdə yaşayan qadınların 10 faizi narkotik istifadəçisidir.
Bunu İranın Narkotiklərlə Mübarizə Təşkilatının baş katibinin qadın məsələləri üzrə müşaviri xanım Zəhra Bonyanian deyib.
Z.Bonyanian bildirib ki, narkotik istifadəçisi olan qadınların böyük əksəriyyəti 20-36 yaş arasındadır. Onlar daha çox tiryək və metamfetamin (bu növ narkotik maddə İranda "şişə" adı ilə tanınır) adlı narkotik vasitələrdən istifadə edirlər.
O bildirib ki, hazırda 7377 qadın məhbus həyatı yaşayır ki,
onların 60 faizi narkotik maddələrin istifadəsi və daşınmasında
ittiham olunaraq həbs ediliblər: "Məhbus qadınların 12 faizi
oğurluq, 10 faizi isə əxlaqsız hərəkətlərə görə həbs
olunublar".
Z.Bonyanian deyib ki, narkoman qadınların 50 faizdən çoxu 15-19
yaşlarında, yəni məktəbli olduqları zaman narkotik aludəçisi
olduqlarını bildiriblər.
Qeyd edək ki, hazırda İranda bir milyon 325 min narkotik
istifadəçisi var və əlavə 700 min nəfər narkotik aludəçisi olmadan
uyuşdurucudan istifadə edir.
Narkotik maddə, əsasən, İranın şərq sərhədlərindən, daha çox
Bəluçistan əyalətindən ölkəyə gətirilir. /Trend/
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı