İŞİD-ə sadiq qalacaqlarına and içiblər
Bizi izləyin

Dünya

İŞİD-ə sadiq qalacaqlarına and içiblər

“Əl Qaidə” terror təşkilatının Suriya briqadası olan “əl Nusra” cəbhəsi son günlər İraqda və Suriyada gücünü artıran İŞİD qruplaşması ilə birləşib.

Publika.az ANS PRESS-ə istinadən bildirir ki, Suriyanın İraqla həmsərhəd Əlbu Kamal şəhərində “əl Nusra” cəbhəsinin yaraqlıları İŞİD-ə sadiq qalacaqlarına and içiblər. Məlumata görə, sosial şəbəkələrdə “əl Nusra” cəbhəsinin lideri Əbu Yusif əl Masrinin də İŞİD-ə sədaqət andı içməsini əks etdirən fotolar yayılıb.

Suriya İnsan Hüquqları üzrə müşahidə missiyasının nümayəndəsi Rami Əbdürrəhman “Reuters”ə açıqlamaasında bu birləşmənin adi bir iş olmadığını, “əl Nusra”nın Əlbu Kamalda çox qüvvətli olduğunu deyib.

“Demək olmaz ki, İŞİD Əlbu Kamalı nəzarətə götürdü. Amma onlar artıq Əlbu Kamaldadırlar”.

Qeyd edək ki, ötən il yayılan və İŞİD lideri Əbu Bəkr əl Bağdadiyə aid olduğu iddia olunan audio yazıda Nusra cəbhəsinin İŞİD-ə birləşdiyi deyilsə də bu məlumat təkzib olunmuş, “əl Nusra” lideri sadəcə “əl Qaidə” lideri Əymən əz Zəvahiriyə bağlı olduğunu açıqlamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm