Dünya
Qadın hüquq müdafiəçisi sui-qəsdlə öldürüldü
Liviyanın Binqazi şəhərində qadın hüquq müdafiəçisi məruz qaldığı sui-qəsd nəticəsində öldürülüb. ANS PRESS-in xəbərinə görə, Salva Buqaiş yaşadığı evdə hərbi geyimli naməlum şəxslərin silahlı hücumuna məruz qalıb. Buqaiş ağır yaralı vəziyyətdə Binqazi tibb məntəqəsinə çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Hücum vaxtı hüquq müdafiəçisinin həyat yoldaşı evdə olsa da, daha
sonra onun yoxa çıxdığı bildirilib.
Liviyada sui-qəsdlə öldürülən ilk qadın olan Buqaiş ötən gecə
telekanallardan birində şahid qismində çıxış edərək Binqazidə baş
vermiş insident barədə məlumat vermişdi.
Salva Buqaiş Qəddafi rejiminin devrilməsi ilə nəticələnən 2011-ci
il inqlabında xüsusi fəallıq göstərmişdi.
ABŞ-ın bu ölkədəki səfiri Debora Cons tvitter sosial şəbəkəsindəki
səhifəsində hücumu kəskin pisləyib:
“Cəsur qadın və həqiqi liviyalı vətənpərvərə qarşı qorxaq,
aşağılıq, utancverici bir hərəkət!”
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO
-
Səhiyyə18 Aprel 22:36
Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...