Adnan Oktar cəzalandırıldı
Bizi izləyin

Dünya

Adnan Oktar cəzalandırıldı

Türkiyənin Radio və Televiziya Şurası “Harun Yəhya” ləqəbli ilahiyyatçı Adnan Oktarın televiziya kanalı “A9”- u cərimələyib.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kanalda yayımlanan verilişlərdən ikisinə görə Adnan Oktar cərimə ödəyəcək.


Bunlardan biri “Dini söhbətlər” verilişidir. RTÜK hesab edir ki, dini söhbət adı altında efirə verilən proqramda Adnan Oktarın “pişiklərim” (kediciklerim) deyə xitab etdiyi gənc xanımlara “yavrum, aşkım” deyə müraciəti dini duyğulara zidddir.


Digər bir cəza isə Adnan Oktarın vətəndaşı təhdid etməsinə görə verilib. Belə ki, Adnan Oktar onu tənqid edən vətəndaşın Facebook sosial şəbəkəsindən tapdığı şəklini efirdə yayımlayıb və ona “Səni quzu kimi hoppandıraram” deyərək təhdid edib. İlahiyyatçının nə qədər cərimə ödəyəcəyinə gəlincə isə, bu, televiziyanın gəliri hesablandıqdan sonra müəyyən ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm