94 illik sirr açıldı (FOTO)
Bizi izləyin

Dünya

94 illik sirr açıldı (FOTO)

Tarixin ən sirli mumyalarından birinin sirri açılıb. ANS PRESS-in məlumatına görə, 2 yaşlı uşağın mumyasının ən sirli tərəfi onun 94 ildir gözlərini açıb-bağlamasıdır.


Rosalia Lombardo 1918-ci ildə İtaliyada doğulub. Lakin 1920-ci ildə vəfat edib. Uşağın cəsədi 94 ildir ki, xarab olmur. Şüşə tabutda saxlanılan uşağın sirir uzun müddət idiki araşdırlırdı.


Alfredo Salafia tərəfindən mumyalanan 2 yaşlı uşağa ölümdən sonra xüsusi məhlul vurulub. Amma bu sehirli mayenin nə olduğu bəlli deyildi.


Bir müddət öncə isə həkim Alfredo Salafianın əylyazmaları tapılıb. Əlyazmaları araşdıran italiyalı alimlər azyaşlının sink, xlor, salistik asitli bir qarışıqla mumyalandığını ortaya çıxarıblar.


Rosalia Lombardonun gözünün açılıb-bağlanmasının isə sadəcə hiylədən ibarət olduğu iddia edilir. Əslində qızın gözü heç vaxt bağlı olmayıb. Xüsusi işıq eefekti sayəsində bu hiylədən istifadə edilir.

Qeyd edək ki, dünya sirli azyaşlını məsum görünüşü və heç pozulmayan saçlarına görə, "yatan gözəl" adlandırır.













Oxumağa davam et
Reklam
Reklam

Gündəm