Pakistanda 70 min insan yaşadığı yeri məcburi tərk edib
Bizi izləyin

Dünya

Pakistanda 70 min insan yaşadığı yeri məcburi tərk edib

Pakistanın Şimali Vəziristan bölgəsində ordunun "Taliban"a qarşı təşkil etdiyi hava hücumlar səbəbindən 70 mindən çox adam evini tərk etmək məcburiyyətində qalıb.

Pakistanın Şimali Vəziristan bölgəsində ordunun "Taliban"a qarşı təşkil etdiyi hava hücumlar səbəbindən 70 mindən çox adam evini tərk etmək məcburiyyətində qalıb.

Pakistandakı "Dawn" qəzeti bombardımanın gecə saatlarında "Taliban" liderlərinin gizləndiyi nöqtələrə qarşı təşkil edildiyini yazıb. Qəzetin iddiasına görə, hava hücumundan öncə yerli əhaliyə xəbərdarlıq edilməyib.

Qeyd edək ki, ötən həfət "Taliban"ın orduya qarşı təşkil etdiyi bombalı hücumlarda 24 əsgər öldürülmüşdü. Pakistan baş naziri Navaz Şərif qanlı hücumlar sonrası "Taliban"a sərt bir şəkildə cavab veriləcəyini bildirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm