Əsəd İŞİD-i bombaladı- 57 ölü, 120 yaralı
Bizi izləyin

Dünya

Əsəd İŞİD-i bombaladı- 57 ölü, 120 yaralı

Suriyanın hərbi təyyarələri İŞİD-i bombalayıb.

Xarici KİV-lər xəbər verir ki, Əsəd gücləri İraqla sərhəddə yerləşən əl-Qaim bölgəsini bombardman edib.


İraqlı rəsmilər CNN-ə açıqlamalarında bildiriblər ki, İŞİD-in nəzarətində olan bölgəyə edilən hava hücumu nəticəsində 57 mülki şəxs həlak olub, 120 nəfər isə yaralanıb.


Ağ Evin sözcüsü Coş Ernest isə mətbuat konfransında bildirib ki, İraqdakı vəziyyət Əsəd rejiminin müdaxiləsi ilə həll oluna bilməz:


“İŞİD-in böyüməyinə Əsəd rejiminin öz xalqına qarşı zorakılığı səbəb olub. Ona görə də İraqdakı vəziyyətin həlli bu ölkədəki təhlüksəzilik qüvvələrini gücləndirməkdən asılıdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm