ABŞ-dan ermənilərə zərbə
Bizi izləyin

Dünya

ABŞ-dan ermənilərə zərbə

ABŞ Nümayəndələr Palatasının Təxsisatlar Komitəsi iyunun 24-də 2015-ci il üçün nəzərdə tutulan büdcə ilə bağlı dəyərləndirmə keçirərək, dövlət və xarici əməliyyatlar təxsisatları qanununu təsdiq edib.

Axar.az xəbər verir ki, dəyərləndirmə zamanı 2015-ci il üçün nəzərdə tutulan xarici yardımın 48,3 milyard dollar təşkil edəcəyi, bunun da 2014-cü ildəkindən 708 milyon dollar və ABŞ Prezidentinin 2015-ci il üçün tələb etdiyi məbləğdən 277 milyon dollar az olacağı bildirilib.

Dəyərləndirmənin Azərbaycan üçün müsbət məqamı ondan ibarətdir ki, Nümayəndələr Palatasının Təxsisatlar Komitəsinin qanun layihəsinin mətnində əvvəlki illərdə qeyd olunmuş “Dağlıq Qarabağ münaqişəsi qurbanlarına yardım” ifadəsi 2015-ci il üçün nəzərdə tutulan qanun layihəsindən çıxarılıb.

Qeyd edək ki, erməni lobbisi hər il ABŞ Konqresinin Təxsisatlar Komitəsinə Dağlıq Qarabağ regionuna 5 milyon dollar məbləğində yardımın ayrılmasını təklif edir. Lakin Azərbaycan tərəfinin səyləri nəticəsində erməni lobbisinin və ermənipərəst konqresmenlərin təklif etdiyi məbləğ qəbul edilməyib. Həmçinin 2014-cü ilə qədər istifadə olunmuş ifadə də aradan qaldırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm