Müxalifət liderinə baş nazir vəzifəsi təklif edildi
Bizi izləyin

Dünya

Müxalifət liderinə baş nazir vəzifəsi təklif edildi

Həftə ərzində etirazçılar qərb və mərkəz rayonlarında inzibati binaları zəbt ediblər. Bu hadisə ilə bağlı cinayət işi açılıb.Etirazlar noyabr ayında prezident Viktor Yanukoviçin Avropa ilə Assosiasiya Sazişini imzalamaqdan imtinası ardınca başlayıb.

Ukrayna prezidenti "Vətən (Batkivshina)" Partiyasının lideri Arseni Yatsenyuka baş nazir vəzifəsini təklif edib, prezidentlə müxalifət görüşündən sonra ədliyyə naziri Yelena Lukaş bildirib.

Publika.Az BBC-yə istinadən bildiri ki, görüşdən əvvəl daxili işlər naziri Vitali Zaxarçenko qarşıdurmanı dinc yolla həll etmək üçün müxalifətlə danışıqlara ümid bəsləməyin mənasız olduğunu deyib.Ötən ildən bəri davam edən etirazlar ərzində 4 fəal və bir polis əməkdaşının öldüyü xəbər verilir.

Viktor Yanukoviçin güzəştə gedəcəyi barədə vədlərə baxmayaraq şənbə günü ərzində Kiyevdə polis və etirazçılar arasında qarşıdurma davam edib.Cümə günü axşamdan parlament yaxınlığındakı Qruşevski küçəsində barrikadalar arxasından polisə daş və fişək atılıb. Gecə ərzində davam edən mübadilədə polis səs və işıq qumbaralarından istifadə edib.

Ötən gün müxalifət liderlərinin prezident Viktor Yanukoviçlə görüşündən sonra gərginlik artıb.Hakimiyyət etirazların qızışmasına səbəb olan aksiyaların məhdudlaşdırılması üzrə qanunvericiliyə düzəlişlər edəcəyini bildirib. Lakin müxalifət liderləri hökumətə etimadın olmadığını bildirərək etirazların genişlənməsinə səsləyiblər.

“Azadlıq” partiyasının lideri Oleq Tyaqnibok hakimiyyəti ələ keçirməyə səsləyib.Ötən gün bir qrup tanınmış ziyalı zorakılığı pisləsə də, Kiyevdəki etirazçılara dəstək verməyə səsləyiblər.Daxili İşlər Nazirliyi Müstəqillik Meydanında 3 polis əməkdaşının hücuma məruz qaldığını bildirib.

Həftə ərzində etirazçılar qərb və mərkəz rayonlarında inzibati binaları zəbt ediblər. Bu hadisə ilə bağlı cinayət işi açılıb.Etirazlar noyabr ayında prezident Viktor Yanukoviçin Avropa ilə Assosiasiya Sazişini imzalamaqdan imtinası ardınca başlayıb.

İsmayıl

Oxumağa davam et
Reklam
Reklam

Gündəm