Qadın polislərə qısa ətək qadağası
Bizi izləyin

Dünya

Qadın polislərə qısa ətək qadağası

Rusiyada qadın polislərin ətəyi gündəmə gəlib.

ANS PRESS-in məlumatına görə, ölkənin Daxili İşlər Nazirliyi ətəklərin ölçüsünə müdaxilə edib.


Nazirlik qərar çıxararaq ətəyin uzunluğunu dizin üzərinə qaldıran qadın polislərə və qısa qol köynək geyən kişilərə qarşı hərəkətə keçiriləcəyini bildirib.


Daxili işlər nazirinin köməkçisi Sergey Gerasimovun verdiyi məlumata görə, uniforma qaydalarına riayət etməyən polislərin bu əməlinin nazirliyin qaydalarına qarşı çıxmaq kimi qiymətləndiriləcəyini deyib. DİN müavinin məktubunda bildirilir ki, bəzi hüququ mühafizəçiləri forma ilə bağlı kobud yanlışlıqlara yol verirlər: işə çirkli və səliqəsiz forma ilə çıxırlar, qadınlar ətəklərin boyunu qısaldır, forma mülki geyimlə qarışdırlır, yay baş örtükləri modifikasiya edilir.


O,rəhbər şəxslərin hər gün işə başlamamışdan öncə formalara nəzarət etməli olduğunu da bildirib: "Biri ilə qarşılaşanda ilk görünən formadır. Bir polis vəzifəsini tam yerinə yetirmək üçün düzgün və təmiz görünüşə sahib olmalıdır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm