• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Əhməd Davudoğlu: "Ermənistan hakimiyyəti cəsarətli olsa.."

  • Dünya
  • 26 İyun 2014 19:40
  • 437 Baxış
Əhməd Davudoğlu: "Ermənistan hakimiyyəti cəsarətli olsa.."

“Ermənistan hökuməti və erməni lobbisi baş nazir Rəcəb Tayyib Ərdoğan kimi cəsarətli addım atarlarsa, rəsmi Ankara və İrəvan arasındakı münasibətlərdə yeni era başlaya bilər”.

Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib.

Davudoğlunun sözlərinə görə, Ərdoğan qondarma erməni soyqırımı ilə bağlı erməni nəvələrinə baş sağlığı verməklə cəsarətli addım atdı. Onun bu addımı konyuktur addım kimi qəbul edilməməlidir.

“1915-ci il hadisələri haqqında səhv fikirlər formalaşıb. Türklər və ermənilər başa düşməlidirlər ki, o dönəm çox çətin vaxtlar idi. Hər iki xalq o dövrün tarixi ilə bağlı bir-birinin fikirlərinə hörmət etməlidir”, deyə Davudoğlu bildirib.

Qeyd edək ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu ilin aprelində qondarma erməni soyqırımı ilə bağlı ermənilərin nəvələrinə başsağlığı vermişdi.

ANS

Xəbər lenti

DAHA ÇOX XƏBƏR