• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

HDP heyətinin ətraflı bir açıqlama verəcəyi gözlənilir

  • Dünya
  • 26 İyun 2014 20:18
  • 361 Baxış
HDP heyətinin ətraflı bir açıqlama verəcəyi gözlənilir

"Həll prosesinin çərçivə qanunu"nun Məclisə gəlməsi tarixi bir hadisədir".

ANS PRESS-in məlumatına görə, bunu HDP heyətiylə görüşən Abdullah Öcalan deyib.

HDP qrup başqanı vəkilləri - Pervin Buldan və İdris Baluken ilə HDP Millət vəkili Sırrı Süreyya Öndərdən ibarət heyətlə İmralı adasında görüşən PKK lideri Abdullah Öcalan "Həll prosesinin çərçivə qanunu"nu müzakirə edib.

Kürd probleminin həll prosesi başladığından bəri 20 dəfə Öcalanla görüşən HDP heyəti, altı maddədən ibarət olan çərçivə qanun layihəsini PKK liderinin diqqətinə çatdırıb.

Görüşmə ilə bağlı HDP heyətinin, ətraflı bir açıqlama verəcəyi gözlənilir.

Qeyd edək ki, eyni heyət son olaraq 9 iyunda İmralıya getmişdi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR