Donetskdə hərbi hissə mühasirəyə alınıb
Bizi izləyin

Dünya

Donetskdə hərbi hissə mühasirəyə alınıb

Terrorçular Donetsk vilayətində yerləşən Milli Qvardiyanın hərbi hissəsinə hücuma hazırlaşırlar.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Milli Qvardiyanın mətbuat xidmətindən bildirilib.

Məlumata görə, özünü “Kalmius” adlandıran naməlum silahlı qruplaşma Ukrayna Milli Qvardiyanın Donetskdə yerləşən 3004 saylı hərbi hissəni mühasirəyə alıb. Terrorçular hərbi qulluqçulardan təcili şəkildə hərbi hissənin ərazisini tərk etməyi və onların tərəfinə keçməyi tələb edirlər.

Terrorçular tələblərinə Milli Qvardiyanın hərbçiləri rədd cavabı verib.

“Terrorçular hazırda hərbi hissəyə hücuma hazırlaşırlar. Onların BRDM zirehli texnikası var. Qvardiyaçılar öz mövqelərini möhkəmləndirirlər”, - Milli Qvardiyanın mətbuat xidmətinin açıqlamasında deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm