• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

F-16-lar Suriya sərhədində

  • Dünya
  • 26 İyun 2014 21:55
  • 463 Baxış
F-16-lar Suriya sərhədində

"Suriyaya aid MI-17 vertolyotu Hatayın Cilvegözü bölgəsinə, MI-8 və Mi-25 vertolyotları isə Mardinin Nusaybin Mahalının cənubundakı sərhədə yaxınlaşıb".

ANS PRESS-in məlumatına görə, bu haqda Türkiyə Baş qərargahının açıqlamasında deyilir.

Açıqlamada Türkiyə-Suriya sərhəd bölgəsində patrul vəzifəsini icra edən Türkiyənin 4 F-16 təyyarəsinin havaya qalxdığı deyilir.

Ayrıca 2 ədəd F-16-nın isə Türkiyə-Suriya sərhədlərinin hüdudları patrul uçuşu həyata keçirdiyi vurğulanır.

Qeyd edək ki, indiyədək Türkiyə-Suriya sərhədində 1336 nəfər tutulub.

Şərhdə sərhədlərdə son bir həftə içərisində tutulan qaçaqları və ələ keçirilən vəsaitlərlə əlaqədar qiymətləndirmə edilərək bu məlumatlara yer verildi:

"20-26 iyun 2014-cü il tarixləri arasında Suriya sərhədində 1366 nəfərdən 699 piyada tüfəngi gülləsi, 1 radio, 1 əl bombası, 512 müxtəlif həb, 2 min 640 litr maye yanacaq, 14 min 382 karton siqaret, 4 ədəd cib telefonu, 6 ədəd yük heyvanı, 136 baş heyvan, 18 müxtəlif motorlu vasitə, 22 müxtəlif nəqliyyat vasitələrinin ehtiyat hissəsi, 11 müxtəlif elektrik cihaz, 3 müxtəlif maşın, 35 müxtəlif elektron əşya, 2 min 8 kilo müxtəlif qida maddəsi, 285 ədəd müxtəlif geyim əşyası, 35 şüşə spirtli içki , 319 kiloqram mis, 300 metr parça, maye yanacaq qaçaqmaıçılığında istifadə edilən 14 ədəd bidon və 5080 metr boru ələ keçirilib. İran sərhədində bir nəfərdə 15 kiloqram çay, 2 min 285 litr maye yanacaq, 277 karton siqaret, 3 yük heyvanı, 2 elektron əşya, İraq sərhədində 114 nəfərdə 149 karton siqaret ələ keçirilib. Yunanıstan sərhədində 443 nəfər, Bolqarıstan sərhədində isə 188 nəfər tutulub. Quru qüvvələri komandanlığı tərəfindən tutulan şəxslər və ələ keçirilən vəsaitlər güc nazirliklərinə təslim edilib", - deyə Türkiyə Baş qərargahının açıqlamasında deyilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR