Dünya
İsraildən açıqlama: “Kürd dövləti yaransa...”
İraqda “İraq və Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının hücumlarının davam etdiyi bir vaxtda İsraildən maraqlı bir şərh gəlib.
Publika.az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, İsrail Şimali İraqda qurulacaq müstəqill bir kürd dövlətini ilk olaraq özlərinin tanıyacağını açıqlayıb.
Bu gün verilən açıqlamada israilli mütəxəssislər müstəqil kürd dövlətinin yaranmasının qaçılmaz olduğunu ifadə edib. Açıqlamada “bir yəhudi dövləti bir kürd dövlətini ən qısa zamanda qəbul edəcək” deyilib. Məlumata görə, ABŞ dövlət katibi Con Kerri Bağdad və Ərbilə etdiyi səfərləri İsrail xarici işlər naziri Aviqdor Libermanla qiymətləndirib.
İddialara görə, İsrail 1960-cı illərdən bu yana kürdləri ərəblərə qarşı bir sədd olaraq görür. İsrailin həmin illərdən bu günə qədər kürdlərlə gizli hərbi, kəşfiyyat və iş əlaqələrinin olduğu bildirilir.
Ömər Dağlı
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır