Papa dünyanı heyrətləndirməkə davam edir - Video
Bizi izləyin

Dünya

Papa dünyanı heyrətləndirməkə davam edir - Video

Bu gün Papa Fransisk cənub bölgəsi olan Kalabriyaya gedərkən yolda onu gözləyən insanlarla görüşüb.

Axar.az xəbər verir ki, Papa xüsusi maşında yoldan keçərkən bir neçə saat bundan əvvəl eyni yolda mafia təhlükəsi xəbərdarlığına baxmayaraq, o sürücülərinə durmağı əmr edərək insanlarla görüşüb. Papa bu zaman xüsusi vasitədə gətirilmiş bir xəstə qızın alnından öpüb, insanlara xeyir-dua verərək sağollaşıb.

Xatırladaq ki, bir müddət bundan əvvəl Papa Fransisk Vatikanda ictimaiyyət arasında olan zaman aralarında on iki şikəst insanın ayaqlarını öpüb. Eyni zamanda Papa bu yaxınlarda çıxışı edən zaman öz danışığını dayandırarq üzü şikəst bir adama xeyir-dua verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm