Prezident sərt danışdı: “Rusiyanı saxlamağın üsulları tapılmalıdır”
Bizi izləyin

Dünya

Prezident sərt danışdı: “Rusiyanı saxlamağın üsulları tapılmalıdır”

Ukrayna prezidenti Pyotr Poroşenko bu gün Avropa Şurası Parlament Assambleyasında çıxış edib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, prezident onun sülh planına dəstək verməyən Rusiyanı tənqid edib.

P.Poroşenko Krımın Ukrayna qayıdışı olmadan Rusiya-Ukrayna münasibətlərinin normallaşmasının qeyri-mümkün olduğunu deyib. Ukrayna prezidenti qeyd edib ki, 2008-ci ildə Gürcüstana, 2014-cü ildə isə Ukraynaya edilən müdaxilələrdən sonra Avropa Rusiyanı saxlamağın yeni üsullarını axtarıb tapmalıdır.

“Sabitliyin saxlanılması üçün müharibədən sonra yaradılan modeli dağıdılıb. Bizim üzərimizə yeni modelin yaradılması düşür”, - o, deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm