Ölən adamla müsahibə: Ərdoğana necə tələ qururlar?
Bizi izləyin

Dünya

Ölən adamla müsahibə: Ərdoğana necə tələ qururlar?

Türkiyədə AKP-yə qarşı yer alan cəbhənin qəzetlərindən biri olan “Aydınlık” hökuməti pis vəziyyətə sala biləcək xəbər yayıb. Ancaq xəbərdəki foto əsl gerçəyi ortaya çıxarıb.

Publika.az-ın haber7.com saytına istinadən verdiyi məlumata görə, xəbərdə “İraq Şam İslam Dövləti”nin (İŞİD) bir üzvü Türkiyə hökumətinin onlara verdiyi dəstəkdən danışır.

“Türkiyə yolumuzu çox açdı. Türkiyə bizə dəstək verməsəydi, İŞİD hazırda bu vəziyyətdə olmazdı. Xeyli sayda mücahidimiz Türkiyədə müalicə olundu. Amma bundan sonra nə olacağını deyə bilmərəm”, – İŞİD silahlısı deyib.

Qəzet İŞİD üzvünün adını açıqlamayıb.

Lakin sonradan əsl gerçək ortaya çıxarılıb. İŞİD üzvü olaraq göstərilən şəxsin təxminən 5 ay əvvəl “Əl-Nüsra” Cəbhəsinin üzvü olarkən öldürülən Seyfullah Şişani olduğu müəyyənləşdirilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm