• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ukraynada terrorçulara ağır zərbə vurulub

  • Dünya
  • 26 İyun 2014 23:44
  • 346 Baxış
Ukraynada terrorçulara ağır zərbə vurulub

Terrorçular Luqansk vilayətinin Dyakovski qəsəbəsi yaxınlığında antiterror güclərinin hərbi texnika karvanına hücum edib.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk “facebook” səhifəsində yazıb.

Hərbi ekspert 5 terrorçunun məhv edildiyini, onların əlindəki Rusiya istehsalı olan qumbaraatanların götürüldüyünü bildirib. Ukrayna hərbçiləri arasında itkinin olmadığı bildirilir.

“İnformasiya müqaviməti" qrupunun koordinatoru antiterror güclərinə ikinci hücumun Donetsk vilayətinin Yampolya qəsəbəsi yaxınlığında edildiyini bildirib. Burada isə 3 terrorçu öldürülüb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR