Dünya
Kürdlərin prezidentliyə namizədi məlum oldu
Türkiyədə bu ilin avqust ayında keçiriləcək prezident seçkilərinə kürdlər öz namizədi ilə gedəcək.
Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Selaheddin Demirtaş prezidentliyə namizədliyini canlı yayımda açıqlayıb.
“Habertürk TV”nin qonağı olan HDP həmsədri “məni demokrat namizəd olaraq görərərlərsə, mən də prezidentlik üçün vəzifədən qaçmaram” deyib. Selaheddin Demirtaş qeyd edib ki, partiya bu həftəsonu prezidentliyə namizədini açıqlaya bilər.
Bundan əvvəl isə Cümhuriyyət Xalq Partiyası və Milliyyətçi Hərəkat Partiyası İslam Konfransı Təşkilatının keçmiş rəhbəri Ekmeleddin İhsanoğlunu vahid namizəd olaraq irəli sürüb. İqtidardakı Ədalət və İnkişaf Partiyasının namizədinin isə baş nazir Rəcəb Tayyib Ərdoğan olacağı gözlənilir.
Ömər Dağlı
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb