Polislərə mini ətək qadağan edildi - Foto
Bizi izləyin

Dünya

Polislərə mini ətək qadağan edildi - Foto

Rusiya Daxili İşlər Nazirliyi qadın polislərinə həddindən artıq qısa ətəkləri qadağan edib.

Axar.az xəbər verir ki, Daxili İşlər nazirinin müavini Sergey Gerasimov məlumatı şərh edərək, bunun ilk yanlış təəssüratın qarşısını almaq üçün edildiyini bildirib:

“Biri ilə tanış olduğunuz zaman ilk təəssüratınız onların geyiminə nəzər salmaq olur. Polis məmurları üçünsə təmiz və düzgün bir görünüş çox əhəmiyyətlidir. Zaman-zaman polislərin geyindiyi formaların arzuedilməz olduğunu müşahidə edirik. Bunlara daha çox əhəmiyyət verilməlidir”.

“Moskov Tayms”ın (“Moscow Times”) məlumatına görə, bu tənzimləmə həm kişi məmurların qısaqol geyinməsinə, həm də qadın məmurların ətəklərini qısaltmasına maneə törətmək üçün edilib. Qeyd edilir ki, bir müddət əvvəl qadın polis məmuru formasıyla çəkdirdiyi seksual fotoları sosial şəbəkədə paylaşmaqla özünə problem yaradıb. Daxili İşlər Nazirliyi isə həmin polis məmuru haqqında qanuni şəkildə tədbir gördüyünü və cəzalandırılacağını açıqlayıb. İstintaq qısa zamanda yekunlaşıb, şəxsiyyəti açıqlanmayan qadın polis məmuru vəzifəsindən kənarlaşdırlıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm