Obama Suriya müxalifəti üçün Konqresə müraciət etdi
Bizi izləyin

Dünya

Obama Suriya müxalifəti üçün Konqresə müraciət etdi

Suriya müxalifəti ABŞ-dan böyük məbləğdə yardım ala bilər.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Baraq Obama Konqresdən Suriya müxalifətinin mülayim qanadına 500 milyon dollar ayırmağı xahiş edib.

ABŞ prezidenti hələ may ayının sonunda Suriya müxalifətinin mülayim qanadına dəstəyini genişləndirmək niyyətində olduğunu bildirmişdi. Barak Obamanın xahişi Konqres tərəfindən yerinə yetirilərsə, xaricdə həyata keçirilən hərbi əməliyyatlar üçün ayrılan ümumi paketdən istifadə olunacaq.

ABŞ 2014-cü il xarici hərbi əməliyyatları üçün 65,8 milyard dollar ayırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm